Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN: Ukraynanın Belarus yük maşınına hücumu Minski münaqişəyə cəlb etmək cəhdidir

Bu gün Rusiya Federasiyasının Bryansk vilayətində Belarus qeydiyyatlı yük maşınına pilotsuz uçuş aparatının hücumu nəticəsində Belarus Respublikasının vətəndaşı yaralanıb.

Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Belarus vətəndaşı ağır xəsarətlər alıb, o, reanimasiya şöbəsinə yerləşdirilib.

“Burada bölgədəki vəziyyəti gərginləşdirmək cəhdini, həmçinin, Belarusun münaqişəyə cəlb edilməsinə yönəlmiş əlaqələndirilmiş hərəkətlərin tərkib hissəsini görürük”, - açıqlamada qeyd olunub.