Həmin “lyuk”un üstü bağlandı - Video
24 Noyabr 2026
Metronun “Gənclik”stansiyası yaxınlığında velosipedlə hərəkət edən vətəndaş yolda təhlükəli vəziyyətlə üzləşib.
O, böyük və üstü açıq “lyuk”a düşməkdən son anda xilas olduğunu bildirib.
Həmin şəxs bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Velosipedlə sürətli şəkildə gedirdim ki, belə bir çuxurla qarşılaşdım. Bu nədir?! Velosiped bura düşsə, nə olardı, kim cavablandırardı? Mən qəza etsəydim, kim məsuliyyət daşıyacaqdı?! Diqqət etməsəydim, ciddi qəza keçirə bilərdim”.
***
Son məlumata görə, neqativ hal aradan qaldırılıb.
.jpeg)