Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xəzərin səviyyəsi azalmağa davam edir - VİDEO

"Son 4 000 ilə aid müşahidə məlumatları göstərir ki, Xəzər dənizinin səviyyəsində periodik dəyişmələr baş verir".

Bunu Baku TV-nin verilişində professor Əmir Əliyev bildirib.

Onun sözlərinə görə, Xəzərdə sonuncu ən yüksək səviyyə 1805-ci ildə qeydə alınıb:

"Hazırda Xəzərin səviyyəsi həmin dövrdən təxminən 5 metr aşağıdadır və bu azalma tendensiyası davam edir. Gözlənilir ki, səviyyə daha 1.5 metr aşağı düşəcək. Bu prosesin 2050-ci ilədək davam edəcəyi proqnozlaşdırılır. Daha sonra isə səviyyənin yenidən artacağı gözlənilir".