Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xəzərdə suitiərin kütləvi məhvinin səbəbi nədir? - 2500 cəsəd tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb.

Bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

"Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək", - məlumatda qeyd olunur.