Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xersonun azad edilməsinə başlanılıb, Luqanskda da əməliyyat başlaya bilər

“Ukrayna Silahlı Qüvvələri (SQ) son iki həftə ərzində Xerson vilayətində təxminən 500 kvadrat kilometr ərazini azad edib. Eyni zamanda, 5 yaşayış məntəqəsi azad olunub”.

“RBC-Ukrayna” xəbər verir ki, bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Vısokopolye, Novovoznesenskoe, Beloqorka, Suxoy Stavok və Mirolyubovkanı azad edib.

Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Luqansk vilayətinin yaşayış məntəqələrinin işğaldan azad edilməsi yaxın vaxtlarda başlaya bilər.

Onun sözlərinə görə, bunun üçün əvvəlcə Donetsk vilayətinin Liman şəhəri azad edilməlidir: “Yerli sakinlər Luqanskın azad edilməsi əməliyyatlarına hazır olmalıdır. İşğala yaxın vaxtda son qoyulacaq”.

S.Qayday bildirib ki, qarşı tərəf yerli əhalini qarət edərək Luqansk vilayətini tərk etməyə çalışırlar.