Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xarkovdakı evlərin 15 faizi məhv edilib - Mer

Müharibənin davam etdiyi 35 gün ərzində Rusiya ordusu Xarkovda yaşayış evlərinin 15 faizini məhv edib.

Bu barədə Xarkov meri İqor Terexov bildirib.

“Müharibənin 35 günü ərzində Xarkovda 1531 obyekt, o cümlədən 1292 yaşayış evi dağıdılıb. Rusiya ordusu 76 məktəb, 54 uşaq evi, 16 xəstəxananı dağıdıb. 239 inzibati bina xarabalığa çevrilib”, - deyə Xarkov meri qeyd edib.