Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xarkovda Rusiya qoşunları və texnika məhv edilir - FOTO/VİDEO

Xarkova daxil olan Rusiya qoşunlarının və texnikasının bir hissəsi artıq məhv edilib. Hakimiyyət insanlardan qalan qüvəllərin harada olduğunu bildirmələrini xahiş edir.

"Ukraynanın müdafiəçiləri Xarkovda Rusiya zirehli texnikası karvanını yandırıblar. Yerli polisin rəhbəri Vladimir Timoşkonun əmin etdiyi kimi, düşmən qruplaşması böyük deyil", - məlumatda deyilir.

İnternetdə Xarkovdan çoxlu videolar yerləşdirilib, burada Rusiyanın ən son zirehli texnikasının sıradan çıxarılması göstərilir.



Bu dəqiqələrdə Xarkovun bir neçə səmtində şəhərə soxulmuş Rusiya xüsusi təyinatlıları ilə küçə döyüşləri davam edir. Şəhər sakinləri evlərinin pəncələrindən küçələrdə irəliləyən Rusiya hərbi texnikasının və xüsusi təyinatlılarının görüntülərini çəkib telegram-kanallarda paylaşırlar.