Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xamenei peyda oldu: "İğtişaşlar planlaşdırılmışdı"

"Əgər bu gənc qız (Məhsa Əmini) olmasaydı, sentyabr ayının ilk günündə ölkədə xaos yaratmaq üçün daha bir bəhanə yaradardılar".

“Tasnim” xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.

O, iğtişaşlara görə ABŞ-ı ittiham edib və iğtişaşların planlaşdırıldığını bəyan edib.

Xamenei qeyd edib ki, dünyanın bir çox yerində iğtişaşlar baş verir, lakin hər baş verən iğtişaşa ABŞ Prezidenti və Nümayəndələr Palatası səviyyəsində reaksiya verilmir.

“Ağıllı insan bu hadisələrin arxasında başqa əllərin olduğunu necə hiss etməsin?!”, - o əlavə edib.

İranın Ali Rəhbəri məhkəmə orqanlarının məsələni sona qədər izləyəcəkləri vədini verdiyini də xatırladıb.

“Bu hadisədə gənc qız dünyasını dəyişib. Bu acı bir hadisə idi. Bizim də ürəyimiz yandı”, - Xamenei bildirib.

Qeyd edək ki, bu gün səhər Xamenei bu gün səhər Polis Akademiyasının tələbələrinin buraxılış mərasimində iştirak edib.

İmam Həsən adına Polis Akademiyasının həyətinə daxil olan ayətullah meydandakı polis, sərhəd xidməti və yol polisi birləşmələrini salamlayıb.