Xamenei dollardan asılılığı aradan qaldırmaq istəyir
29 Avqust 2026
İran ABŞ dollarından asılılığı aradan qaldırmaq istəyir.
Bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İqtisadi artıma xüsusi diqqət yetirmək, istehsalı artırmaq, ABŞ dollarının həlledici rol oynamasını tədricən aradan qaldırmaq lazımdır", - Xamenei bildirib.
Onun fikrincə, hazırda İranda əsas diqqət müqavimət iqtisadiyyatına yönəldilməlidir: "Bütün bunlar xidmətyönümlü hökumətin məqsədləri sırasındadır".
21:38
ABŞ və İsrailin hərbi hücumları, tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, İran sosial rifahı diqqətdə saxlayır və bununla bağlı islahatlar həyata keçirir.
Bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin Hökumət Həftəsi münasibətilə yaydığı müraciətdə qeyd olunub.
"Qətiyyətlə elan edirəm; sosial həmrəyliyin zərərinə olan hər hansı bir əməli törətmək qadağandır", - Xameneinin rəsmi saytında dərc olunan müraciətdə vurğulanıb.
Ali rəhbərin müraciətindən sonra İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında bildirib ki, bütün tapşırıqlar yerinə yetiriləcək və İslam Respublikası inkişaf edəcək.