Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib
23 İyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunub.
Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak edib.
***
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib.
O, 94 yaşında İsraildə dünyasını dəyişib.
Aktyorun ölüm səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.
Qeyd edək ki, Tofiq Mirzəyev "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq", "Təhminə", "O qızı tapın" və digər ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub.