Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
16 Sentyabr 2025
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub.
Mərhumla Təzəpir məscidində keçirilən vida mərasimindən sonra cənazə II Fəxri xiyaban aparılaraq torpağa tapşırılıb.
Vida mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər.
Xatırladaq ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib. Onun nəşi bu gün Bakıya gətirilib.