Vyetnam Prezidenti istefa verib
17 Yanvar 2023
Vyetnam Prezidenti Nquen Suan Fuk istefa verib.
Məlumatı yerli “Tuoy çe” qəzeti yayıb.
Bildirilib ki, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi Nquen Suan Fukun istefasını təsdiqləyib.
Vyetnam informasiya agentliyinin məlumatına görə, onun hökumətdə korrupsiya qalmaqalı fonunda istefa verdiyi iddia olunur.
Bununla belə, Prezidentin istefası səbəbi barədə hələ ki rəsmi açıqlama yayılmayıb.
Qeyd edək ki, Nquen Suan Fuk 1954-cü il iyulun 20-də anadan olub. O, 2016-cı il aprelin 7-dən 2021-ci il aprelin 5-dək Baş nazir olub. 2021-ci il aprelin 5-də Vyetnam Sosialist Respublikası Milli Məclisinin XIV çağırışında Prezident seçilib.