Logo
news content
User
Kateqoriyalar

Xəbər

Volodimir Zelenski Baş Qərargahı toplayıb: Yeni əməliyyat ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Baş Qərargahının iclası keçirilib.

Bunu dövlət başçısı teleqramda yazıb.

İclas iştirakçıları cəbhə xəttindəki hazırkı durumu müzakirə ediblər. Həmçinin torpaqların işğaldan azad edilməsi ilə bağlı görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Toplantı zamanı eləcə də Rusiyaya raket hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılması və mühüm infrastruktur obyektlərinin mühafizəsi gündəmdə olub.

Bəzi müşahidəçilər Zelenskinin Baş Qərargahın iclasını keçirməsindən sonra Ukrayna qoşunlarının cəbhədə yeni əməliyyata başlayacağını istisna etmirlər. Qeyd edək ki, bundan əvvəl Xarkovda və Xerson istiqamətində əməliyyatdan bir gün öncə də Zelenskinin rəhbərliyi ilə iclas keçirilmişdi.