Logo
news content
User
Kateqoriyalar

Xəbər

Volnovaxa şəhəri Rusiya işğalçılarının əlinə keçdi

Donbasdakı tanınmayan qurumlar tərəfindən Ukraynanın Volnovaxa şəhərini ələ keçirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin general-mayor rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

““DXR” qruplaşması Volnovaxa şəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarətə alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, - deyə açıqlamada deyilir.

Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib.