Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vladimir Putin Hindistanda səfərdədir

Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Hindistana səfər edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin Nyu Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcək. Liderlərin ikitərfəli əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəkləri gözlənilir.

Onlar sonuncu dəfə 2019-cu ilin noyabrında Braziliyada BRİKS-in (Braziliya, Rusiya, Hindstan, Çin və Cənubi Afrika Respublikası) Zirvə toplantısı çərçivəsində görüşüblər.