Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vladimir Jirinovskinin ölüm xəbəri yayıldı

Rusiyanın informasiya agentlikləri siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin 75 yaşında öldüyü bürədə xəbər yayıblar.

"RİA Novosti" və "Sputnik" xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib. Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib.

Qeyd edək ki, daha öncə "Mash" teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.

Amma Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib: "Vladimir Volfoviç sağdır və həkimlər onun həyatı uğrunda mübarizə aparırlar".

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər mümkün olan bütün tibbi yardımı göstərməkdə davam edirlər.

Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu. Bir müddət əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilmişdi.