Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vəziyyəti pisləşən Məmməd İsmayıl palataya köçürülüb

Şair, professor Şair Məmməd İsmayıl palataya köçürülüb.

Bu barədə şairin qızı İntizar İsmayıl məlumat verib. O bildirib ki, atası hazırda həkim nəzarəti altındadır

“Bir az əvvəl palataya köçürülüb, təzyiqi aşağıdır. İndi vəziyyəti daha yaxşıdır”, – deyə qızı qeyd edib.

 Qeyd edək ki, bundan əvvəl Məmməd İsmayılın "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirildiyi barədə xəbər yayılıb. Şairin qızı bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti avqustun 12-də axşam ani olaraq ağırlaşıb:

"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və vaxtaşırı xəstəxanaya yerləşdirilib.