Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vətən çağırır! - Ukraynanın əfsanələri bu gün əllərində silah cəbhədədirlər

Ukraynanın məşhur boksçusu Aleksandr Usik əlinə silah alıb. O, paytaxt Kiyevin müdafiəsi üçün ordu sıralarına qoşulub.



Qeyd edək ki, ağır və birinci ağır dərəcələrdə məğlubedilməz çempion, professional boksçu olan Usik bundan əvvəl bir neçə dəfə Rusiyaya müraciət edərək, Ukraynaya qarşı müharibəni dayandırmağa çağırmışdı.

Moldovanın "Şerif" klubunun ukraynalı baş məşqçisi Yuri Vernidub da müharibəyə qoşulub. Ukraynalı mütəxəssis bu məqsədlə Traspol təmsilçisini müvəqqəti tərk edib. 56 yaşlı baş məşqçi Zaporojyeni müdafiə etməyə hazır olan könüllülər sırasına qatılıb.



Bundan əvvəl Dünyanın ən yaxşı boksçularından biri, dünya çempionu Vasili Lomaçenko (solda) Belqorod-Dnestrovskdakı ərazi müdafiə batalyonuna qatılıb.



Sovet futbolunun əfsanəsi, Kiyev “Dinamo”sunun əfsanəvi heyətinin oyunçularından biri, 64 yaşlı Vladimir Bessonov da əlinə silah alanlardan biridir. O, qısa müraciətində “rusiyalılra bizə lazım deyillər” deyərək, əlinə silah götürüb.



Bundan əlavə, yüzlərlə idmançı, sənət adamı müharibəyə qoşulub. Onların arasında dünya və Olimpiya oyunlarının qalibləri. bütün dünyada, o cümlədən elə Rusiyanın özündə də sevilən aktyolar, müğənnilər var.