Venesuela nefti ABŞ-nin strateji ehtiyatlarını doldurmağa kömək edəcək
31 Avqust 2026
Venesueladan neft tədarükü ABŞ-nin Strateji Neft Rezervinin ehtiyatlarını doldurmağa imkan verəcək.
Bu barədə Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Venesuela nefti ilə edəcəyim işlərdən biri, əvvəlki prezident Yuxulu Co Baydenin ucbatından faktiki olaraq boşalmış Strateji Neft Ehtiyatını doldurmaqdır", - paylaşımda bildirilib.
Tramp qeyd edib ki, anbarların doldurulması prosesi tezliklə başlayacaq və bu, "Venesueladan ABŞ xalqına hədiyyədir".
Daha əvvəl Amerika lideri ABŞ və Venesuela arasında dünya tarixində ən böyük neft sazişinin bağlandığını elan edib. Razılaşma sayəsində ABŞ Bolivar Respublikasının 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatları üzərində nəzarəti əldə edəcək.