Putin Trampın seçki narahatlığından istifadə edərək, öz tərəfinə çəkib
21 Oktyabr 2026
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın yanacaq qiymətlərinin artması və ABŞ-də qarşıdan gələn aralıq seçkiləri ilə bağlı narahatlıqlarından onu öz tərəfinə çəkmək üçün istifadə edib.
"The Washington Post" (WP) bu barədə analitiklərə istinadən yazıb.
Putinlə telefon danışığından sonra Tramp Rusiyanın dizel yanacağı tədarükünə tətbiq edilən sanksiya məhdudiyyətlərini yumşaldıb, Moskvaya qarşı yeni sanksiyaları təxirə salıb, Ukraynanın peyk sistemlərinə çıxışını məhdudlaşdırıb və Ukrayna lideri Volodimir Zelenskiyə təzyiqləri artırıb.
ABŞ Dövlət katibinin keçmiş köməkçisi Deniel Fridin fikrincə, Tramp Moskvanın xeyrinə olan şərtlərlə nizamlanmaya nail olmağa çalışır, çünki yanacaq qiymətlərinin artması fonunda seçkiqabağı kampaniya üçün ona arqument lazımdır.
Karnegi Fondunun eksperti Endryu Vays hesab edir ki, Tramp Kiyevi dekabrda Mayamidə keçiriləcək G20 sammitinə qədər siyasi razılaşmaya getməyə məcbur etməyə çalışır. Onun sözlərinə görə, Rusiya ərazi güzəştlərinə nail olmağa çalışır və daha sonra Ukraynanın hərbi potensialını məhdudlaşdırmağı tələb edə bilər.