Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vəkilləri Arkadi Qukasyan və digərlərinə bəraət istəyib

Bakıda "Dağlıq Qarabağ Respublikası"nın həbsdə olan keçmiş lideri Araik Harutyunyan və digərləri barəsində cinayət işləri üzrə məhkəmənin baxış iclası noyabrın 27-də davam etdirilib.

AZƏRTAC-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı başlayıb.

Təqsirləndirilən Qurqen Stepanyan (16 il həbs istənilib), Vasili Beqlaryan (ona da 16 il həbs istənilib), "Dağlıq Qarabağ Respublikasının ikinci prezidenti" Arkadi Qukasyan (20 il həbs istənib), Davit Manukyan (ömürlük həbsi istənilib), Davit Babayan (ona da ömürlük həbs istənilib) və Madat Babayanın (20 il həbsi istənilib) vəkilləri deyiblər ki, müvəkkilləri ittihamları qəbul etmirlər. Onlar müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

Məhkəmə prosesi dekabrın 4-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslər (15 nəfər) Azərbaycan Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama,.. soyqırımı, əhalini məhvetmə, əhalini deportasiya etmə, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, terrorçuluq, qəsdən adam öldürmə olmaqla ümumilikdə 20-dən çox maddəsi ilə ittiham olunurlar.