Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vəkil Ceyhun Yusifov həmkarı Adəm Məmmədov və qardaşını məhkəməyə verib

Tanınmış vəkil Ceyhun Yusifov həmkarı Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovu məhkəməyə verib.

Pressklub.az-ın məlumatına görə, xüsusi ittiham qaydasında verilmiş şikayətə Nərimanov Rayon Məhkəməsində baxılır.

Xüsusi ittihamçı iddia edir ki, Adəm Məmmədov onu ağır cinayətdə ittiham edir. Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan xəbərdən  gedir. Sonradan həmin xəbər bir neçə saytda və sosial şəbəkələrdə yayılıb. Söhbət C.Yusifovun yaxın qohumuna xəsarət yetirməsi xəbərindən gedir. Həmin xəbər sonradan digər saytlarda da yayımlanıb. 

Qarşı tərəf isə həmin məlumatın yalan olduğunu deyir. Vəkil Yusifov hesab edir ki, peşəkar fəaliyətinı qara yaxmaq üçün ona böhtan atılır.

Ceyhun Yusifov Adəm Məmmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan)  və 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir.

Bu gün keçirilən ilk iclasda məhkəmə işi araşdırmaq qərarı qəbul edib. Şikayət icraata qəbul edilib.