Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya dizel yanacağının ixracına qoyulan qadağanın müddətini uzadıb

Rusiya hökuməti istehsalçılar tərəfindən Rusiyanın ərazisindən çıxarılan dizel yanacağının ixracına qoyulan qadağanı 31 yanvar 2027-ci il tarixinədək uzadıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilib.

Xəbərə görə, bu qərar daxili yanacaq bazarında sabit vəziyyəti qorumaq məqsədilə qəbul edilib.

Yanacaq ixracına ümumi qadağa Rusiyada 31 yanvar 2027-ci ilə qədər qüvvədə olacaq.

Dizel yanacağı ilə bağlı məhdudiyyət əvvəlcə 31 oktyabr 2026-cı ilədək tətbiq olunmuşdu.