İran ABŞ vitse-prezidentinin məktubuna hələ cavab verməyib
01 Noyabr 2026
İran ABŞ-nin vitse-prezidenti Cey Di Vensin göndərdiyi məktuba hələ cavab verməyib.
İran dövlət televiziyasının məlumatına görə, bunu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
O, məktubla tanış olduğunu, lakin hələlik cavab göndərmədiyini qeyd edib.
“Məktubu oxumuşam, amma hələ cavab verməmişəm. Ton tamamilə dəyişib və bu, çox yaxşı əlamətdir. Bu, İran xalqının öz qələbəsini və gücünü möhkəmləndirdiyini göstərir”, – Rezai vurğulayıb.
Rezai, həmçinin İranın nüvə doktrinasının mümkün dəyişdirilməsi məsələsinə də toxunub.
Onun sözlərinə görə, yeni müharibə baş verəcəyi təqdirdə ölkənin əvvəlki nüvə doktrinasını qoruyub-qorumayacağı müzakirə olunur, lakin dövlət səviyyəsində hələlik rəsmi qərar qəbul edilməyib.
“Hazırda müzakirə olunan məsələ budur ki, müharibə təkrarlanarsa, əvvəlki nüvə doktrinamızı saxlayacağıqmı? Lakin bununla bağlı hələ rəsmi qərar yoxdur”, – o bildirib.
Rezai qeyd edib ki, İran cəmiyyətində nüvə siyasətinə yenidən baxılması ilə bağlı suallar yaranıb. Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyik ilə əməkdaşlıq etməsinə və nüvə obyektlərində agentliyin müşahidə kameralarının yerləşdirilməsinə baxmayaraq, ölkənin nüvə mərkəzləri hücumlara məruz qalıb.
İran rəsmisi bu səbəbdən mövcud nüvə doktrinasının saxlanılmasının məqsədəuyğunluğunun müzakirə edildiyini vurğulayıb.