Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vasitəçilər İran və ABŞ-a noyabrın 4-dək görüş keçirməyi təklif ediblər

İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək Türkiyədə görüş keçirməyi təklif ediblər.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin məlumatına görə, vasitəçilərlə İran arasında görüşün Türkiyədə keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

Tehran üçün təklif olunan təşəbbüs Hörmüz boğazının açılmasını və ABŞ-ın blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

Bundan əlavə, təklifə İranın nüvə proqramı məsələsi də daxil edilib. Yeni təşəbbüsün şərtlərindən biri kimi beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılması irəli sürülüb.