Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası - FOTOLAR

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Ağ Evin qarşısında İran əleyhinə aksiya keçirilib.

Bu barədə Amerikada yaşayan soydaşımız Zaur Bayramlı xəbər verib.

Onun sözlərinə görə, aksiya iştirakçıları İran əleyhinə “Azadlıq”, “Ədalət”, “Milli Hökumət”, “Güney Azərbaycan İran deyil” şüarları səsləndiriblər.

Daha sonra İran hakimiyyətinin insanlığa, dinə və əxlaqa sığmayan əməllərdən çəkinməsini, qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasını tələb edən qətnamə oxunub.

Aksiyada eyni zamanda İran hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilən şəxlərin şəkilləri nümayiş olunub və nümayişlərdə həbs olunan gənclərin azad olunması tələb edilib.

İki saat davam edən aksiya insidentsiz başa çatıb.