Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqtonda Blinken, Bayramov və Mirzoyan arasında görüş olacaq

Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

“Sputnik Armenia” xəbər verir ki, bunu A.Mirzoyan bildirib.

Lakin o, görüşün dəqiq tarixini açıqlamayıb.

“Görüş bir neçə günə baş tutacaq”, - nazir söyləyib.

Artıq Azərbaycan tərəfi görüş barədə məlumatı təsdiq edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini bildirib.