"Vaşinqton “NATO-nun Asiya versiyasını” yaradır" - Kim Çen In
01 Yanvar 2023
ABŞ Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini gücləndirmək bəhanəsi ilə faktiki olaraq “NATO-nun Asiya versiyasını” yaradır.
Məlumata görə, Şimali Koreya lideri Kim Çen In bunu dekabrın 31-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (WPK) VI plenumunda bildirib.
“Yaponiya və Cənubi Koreya ilə üçtərəfli əməkdaşlığı təşviq etməklə, “müttəfiqliyi gücləndirmək” bəhanəsi ilə ABŞ “NATO-nun Asiya versiyası” kimi yeni hərbi blokun yaradılmasını istəyir”, - hesabatda deyilir.
Bununla yanaşı, ölkə lideri qeyd edib ki, “ABŞ və düşmən qüvvələr” KXDR-in hərbi potensialının güclənməsi səbəbindən “ciddi zərbə” alıb və hazırda “qorxu və təşvişdən titrəyir”.
Kim Çen In qeyd edib ki, bu vəziyyətdə ölkə hərbi potensialını gücləndirmək üçün iki dəfə çox səy göstərməlidir.