Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqton İranda zənginləşdirilmiş uranın ələ keçirilməsi üzrə əməliyyata hazırlaşır - NY Post

ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirmək üçün bir neçə min hərbçini cəlb etməyi nəzərdən keçirir.

Bu barədə "New York Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq əmr veriləcəyi təqdirdə ABŞ-ın xüsusi təyinatlı qüvvələri İranın möhkəmləndirilmiş nüvə obyektlərində zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi üzrə əməliyyata başlamağa hazırdır. Mənbələr bu əməliyyatı "tarixdəki ən mürəkkəb hərbi əməliyyat" adlandırırlar.

Məlumata görə, quru əməliyyatına minlərlə hərbçi cəlb oluna bilər. Onların vəzifəsi nüvə obyektlərinə hücum etmək və onları nəzarətə götürmək olacaq, xüsusi təyinatlı qüvvələrin kiçik bir qrupu isə zənginləşdirilmiş uranın ələ keçirilməsi ilə məşğul olacaq.

Xatırladaq ki, iyulun ortalarında "The Wall Street Journal" qəzeti ABŞ Prezidenti Donald Trampın əsas müşavirləri ilə keçirdiyi bir sıra iclaslardan sonra İrana qarşı hərbi kampaniyanın genişləndirilməsinə meylləndiyini yazmışdı.

Belə ki, nəzərdən keçirilən variantlar arasında İranın ərazisinə aviazərbələrin gücləndirilməsi, Hörmüz boğazı yaxınlığındakı adaların ələ keçirilməsi üçün quru qoşunlarının göndərilməsi, eləcə də ölkənin enerji infrastrukturuna zərbələrin endirilməsi var.