Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir

Azərbaycanla sülh sazişinin tezliklə imzalanması Ermənistan hökumətinin siyasi öhdəliyidir.

Ermənistan mediası xəbər verir ki, bunu ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan hökumətin iclasında bildirib.

"Sülh sazişinin tezliklə imzalanması hökumətimizin siyasi öhdəliyidir və biz bu sənədin mümkün qədər tez imzalanmasını istəyirik. Çünki tamamilə anlaşılandır ki, infrastruktur təkcə iqtisadi deyil, həm də sülhyaratma funksiyasını və vəzifəsini yerinə yetirir", - o vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, ötən gün parlamentdəki müzakirələr zamanı sülh sazişinə böyük maraq olduğunu da müşahidə edib.