Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqton Ermənistan -Azərbaycan nizamlanması ilə fəal məşğul olmağa davam edir

Bazar ertəsi ABŞ təsdiqləyib ki,  Ermənistan və Azərbaycan arasında sülh prosesinə "dərindən cəlb olunub".

Vaşinqtonun şərhləri Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bononun regiona son səfəri fonunda səslənib. O, yüksək səviyyəli erməni məmurlar ilə görüşüb, sülh sazişinin bağlanması üzrə cari prosesi müzakirə edib.

«Bu, dövlət katibi Blinken və koordinator Bononun fəal şəkildə məşğul olmağa davam etdiyi bir şeydir, lakin məndə konkret xəbərlər və ya müddət yoxdur", - brifinq zamanı Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın suallarını cavablandırarkən deyib.

Bononun səfəri Türkiyə-Ermənistan diplomatik qarşılıqlı əlaqəsindən əvvəl olub çünki ikiillik fasilədən sonra bu gün hər iki ölkənin xüsusi nümayəndələri uzun illər davam edən düşmənçiliyə son qoymaq üzrə səyləri bərpa edərək danışıqların yeni raundunu keçirirlər.

"Bir daha demək istəyirəm ki, bu, dövlət katibinin diqqət yetirdiyi bir şeydir və biz bununla fəal şəkildə məşğul olmağa davam edəcəyik",- Patel deyib.