Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vasif Talıbovun qardaşı vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, M.Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır. (Report)