Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vahid Ələkbərovun başı dərddə: Moskvada məhkəməyə verirlər, xaricdə sanksiya tətbiq edirlər...

Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov barəsində məhkəməyə müraciət edib.

Məlumata görə, buna səbəb Vahid Ələkbərovun Moskvanın mərkəzində çoxmərtəbəli evin dam hissəsində tikinti işlərinə başlaması olub.

Şəhər rəhbərliyi damda həyata keçirilən genişləndirmə işlərinin dayandırılmasını tələb edir.

Yeni Zelandiya hökuməti isə 51 rusiyalı sahibkar və Rusiyanın yeni ərazilərilə əlaqəli 24 dövlət qulluqçusuna qarşı sanksiya tətbiq edib. Onlarn arasında Vahid Ələkbrovun da adı var.