Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uşu idman növü üzrə komandamız Türkiyəyə yarışa gedir - FOTOLAR

İyul ayının 17-dən 23-dək Türkiyənin Ədirnə şəhərində Uşu idman növü üzrə 7-ci Balkan açıq birinciliyi, Avrasiya kuboku keçiriləcək. 

Yarışda Respublikamızı 22 idmançı təmsil edəcək. Ölkəmizin yığma komanda şəklində təmsil olunacağı Avrasiya kubokunda ADFA Qərb bölgəsinin rəhbəri, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Əməkdar məşqçi İlqar Alıyevin təşkilatçılığı və dəstəyi ilə Gəncə şəhərindən olan idmançılar da qüvvələrini sınayacaqlar. İdmançılarımızın qarşısına Avrasiya kuboku kimi mötəbər yarışda nəticə göstərmək məqsədi qoyulub. 

Bu yarış əhəmiyyətli hesab olunmasına baxmayaraq, qarşıdakı daha mötəbər yarışlara bir növ hazırlıq məqsədi daşıyır. Sentyabr ayında tələbələrin ümumdünya universiadası keçiriləcək, daha sonra isə gənclər arasında dünya birinciliyinə start veriləcək. Həmin yarışlarda idmançılarımızın da iştirakı nəzərdə tutulub. 

Bundan əlavə, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Qərb bölgəsi üzrə sədr müavini, Respublika dərəcəli hakim Namazlı Fəxri Avrasiya kubokunda ədaləti qoruyacaq və eyni zamanda Elvin Quliyev şəhərimizi məşqçi müəllim kimi təmsil edəcək.

Ümumilikdə yarışda Gəncədən 1 hakim (Namazlı Fəxri), 1 məşqçi (Quliyev Elvin) və 7 idmançı iştirak edəcək. Bunlardan 5 idmançı İlqar Alıyevin, 2 idmançı isə Elvin Quliyevin yetirmələridir.