Logo
news content
User
Kateqoriyalar

Xəbər

ÜST çağırış etdi: Maskaları "sandıqdan" çıxarın

Koronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska ​​rejiminə qayıtmalıdırlar.

"Sky News" telekanalına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri koronavirusla mübarizə tədbirlərinə qayıtmağa çağırıb.

"Mən COVID-19 infeksiyasına yoluxma sayının artmaqda davam etməsindən narahatam. Yeni infeksiya epidemiyası onsuz da məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Bundan əlavə, ölüm sayının artması məni narahat edir", - təşkilatın rəhbəri qeyd edib.