Ukraynaya raket hücumları nəticəsində 37 mülki şəxs ölüb
09 İyul 2024
Ukraynaya Rusiya Silahlı Qüvvələrinin kütləvi hücumları nəticəsində üçü uşaq olmaqla 37 nəfər ölüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində ümumilikdə 170-dən çox insan xəsarət alıb.
Bundan başqa, 100-ə yaxın obyektə ziyan dəyib: uşaq xəstəxanası, adi evlər, uşaq bağçaları, doğum evi, kollec, biznes mərkəzi.
“Rusiyanın hərbi təyyarələrini onların yerləşdiyi yerdə məhv etmək lazımdır. Təhlükəsizliklə bağlı boşluğun olmayacağı güclü addımlar atmalıyıq. Bunun üçün dünya lazımi gücə sahibdir. Tərəfdaşlar bunu edə bilərlər. Bu istiqamətdə mümkün qədər tez qərar vermək lazımdır”, - Ukrayna lideri vurğulayıb.