Ukraynaya qarşı hücum həyata keçirilir – Hələlik kiberhücum
15 Fevral 2022
Naməlum hakerlər Ukraynanın bir neçə bankının və Müdafiə Nazirliyinin saytlarına hücum həyata keçirilər.
Hal-hazırda “Privatbank” və “Oşadbank”ın, eləcə də Müdafiə Nazirliyinin saytlarına hücum edildiyi məlumdur. Qeyd edilir ki, hazırda çox güclü DDOS hücum aparılır.
İstifadəçilər deyirlər ki, internet bankinqdən istifadə edə bilmirlər, digərləri isə sayta daxil olsalar da əməliyyatlar aparmağın mümkün olmadığını bildirilər.
Bakı vaxtı ilə saat 19:58-dən etibarən Müdafiə Nazirliyinin saytına girmək mümkün deyil. Müdafiə Nazirliyinin ardınca Silahlı Qüvvələrin saytı da işini dayandırıb. Hələlik nazirliyin əməkdaşları baş verənləri şərh etmirlər.
Hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, hücum yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayıb.
Xatırladaq ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan bəyan edib ki, Rusiya istənilən gün Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya və hücum ən müxtəlif formada ola bilər.
Bundan əvvəl fevralın 14-də hakerlər bir neçə hökumət saytını, o cümlədən Təhsil və Xarici İşlər nazirliklərinin saytlarını, “Diya” portalını qırıblar. Hökumət ekspertləri bildirilər ki, hakerlər Rusiya ərazisindən hücum ediblər.
Amerika kəşfiyyatı isə Rusiya ordusunun fevralın 16-da Ukraynaya qarşı hərbi əməliyyata başlayacağını bildirilər.