Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynaya əks-hücum üçün neçə tank lazımdır? - Polşa 260 ədəd T-72 tankı göndərib

Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.

“Ukrinform” bildirir ki, bunu Polşa Prezidenti Anjey Duda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən “Avropanın müdafiəsində” adlı paneldə çıxışı zamanı deyib.

O, Kiyevə hərbi yardımın Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas element olduğunu vurğulayıb: “Ukraynanın müdafiəçilərinə çoxlu sayda ən müasir silahlar göndərməyə davam etsək, ukraynalılar Rusiyanı dayandıra biləcəklər”.

A.Duda söyləyib ki, Ukraynaya daha çox hərbi yardım göstəriləcək: “Varşava Kiyevə əhəmiyyətli hərbi yardım edir".

Qeyd edək ki, bir müddət əvvəl Polşa hökuməti Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi barədə qərar qəbul edib.

Ümumilikdə isə Ukrayna əks-hücum əməliyyatı həyata keçirmək üçün Qərb ölkələrindən azı 100 tank əldə etməlidir. Bu barədə məlumatı “The Guardian” qəzeti Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinə istinadən yayıb.

Qəzet yazır ki, Britaniyanın Ukraynaya 14 ədəd “Challenger 2” tanklarının göndərilməsini elan etməsini və Polşanın Ukraynaya “Leopard” texnikasını vermək arzusunu Qərbin Ukraynaya hərbi yardımının aktivləşməsinin başlanğıcı hesab etmək olar. Lakin qeyd olunur ki, bu, Ukrayna tərəfinin ehtiyaclarından əhəmiyyətli dərəcədə azdır. Belə ki, Ukrayna tərəfi ötən ilin sonunda ölkəyə 300 tankın göndərilməsinin zəruriliyini qeyd edib.