Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynaya 70 ədəd hərbi təyyarə veriləcək - SİYAHI

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozef Borrel Ukraynaya hərbi təyyarələrin tədarük ediləcəyini açıqlayıb.

Artıq bu yardımın bəzi detalları məlumdur. Belə ki, Aİ Ukraynaya 70 ədəd qırıcı-bombardmançı təyyarə verəcək. Onlardan 56 ədədi MiQ-29, 14 ədədi isə Su-25 təyyarəsidir.

Siyahı:

Bolqarıstan: – Miq-29 (16 ədəd)

Bolqarıstan: – Su-25 (14 ədəd)

Polşa:           – Miq-29 (28 ədəd)

Slovakiya:    – MiQ-29 (12 ədəd)

Mümkündür ki, təyyarələr Polşa ərazisində yerləşdiriləcək və Ukraynalı pilotlar həmin ərazidən uçuşlar həyata keçirəcəklər.