Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın Zaporojye şəhəri yenidən vuruldu: 12 ədəd "S-300" raketi atılıb, ölən var

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə 12 ədəd "S-300" zenit raketi atıb, ölən var.

“Ukrainski pravda” xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib. O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Bundan əlavə, Odessa, Rivne və Krivoy Roq vilayətlərində partlayış səsləri eşidilib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.