Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ukraynanın NATO-ya qəbulu barədə qərarı blokun bütün ölkələri verməlidir” - Pentaqon rəhbəri

ABŞ hakimiyyəti NATO-nun “açıq qapı” siyasətinə sadiqdir, lakin alyansa yeni üzvlərin qəbulu barədə qərar blokun bütün ölkələri tərəfindən verilməlidir.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına şərh edərkən deyib.

“ABŞ NATO-nun “açıq qapı” siyasətinə sadiqdir. Lakin bunun necə baş verəcəyi, həqiqətən də səs verən 30 NATO ölkəsinin, eləcə də alyansa qoşulmaq istəyən ölkənin qərar verəcəyi məsələdir”- deyə, o bildirib.