Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın ən yaxşı pilotlarından biri həlak olub

Ukrayna Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəl təltif etdiyi pilot, kapitan Anton Listopad həlak olub.

UNIAN xəbər verir ki, o, döyüşlər zamanı həyatını itirib.

Qeyd edək ki, kapitan Anton Listopad müharibənin ilk günündən etibarən döyüşlərdə iştirak edib.

O, V.Zelenskinin sərəncamı ilə bir neçə gün öncə 3-cü dərəcəli qəhrəmanlıq ordeni ilə təltif edilib.

A.Listopad 2019-cu ildə Ukrayna Hərbi Hava Qüvvələrinin ən yaxşı pilotu seçilib.