Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın "Dron Ordusu" layihəsi: İlk dron ABŞ-dan alındı

Ukrayna Silahlı Qüvvələri “Dron Ordusu” layihəsi çərçivəsində ilk dronu Amerika Birləşmiş Ştatlarından alıb.

Bu barədə baş nazirin müavini - rəqəmsal transformasiya naziri Mixail Fedorov Telegram-da məlumat verib.









“İlk dronu ABŞ-dan aldıq. O, sürətli və davamlıdır. Bu o deməkdir ki, dronlar Ukrayna Silahlı Qüvvələrindəki qəhrəmanlarımıza düşmənləri daha yaxşı görməyə mütləq kömək edəcək”, - Fyodorov bildirib.






O, Ukraynanın qələbəsinin əhəmiyyətini dərk edən və buna töhfə verən xaricdən gələn bütün insanlara təşəkkür edib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəlmiş pilotsuz uçuş aparatlarının ilk partiyası artıq cəbhəyə yola düşüb.