Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynalılar Rusiyanın adını dəyişmək istəyirlər - Petisiya başladıldı

Ukraynada Rusiya adının “Moskoviya” olaraq dəyişdirilməsinə çağırışla bağlı petisiya başladılıb.

TASS xəbər verir ki, sözügedən petisiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında yerləşdirilib.

Petisiyada “Rusiya” adının rəsmi olaraq “Moskoviya”, “rusiyalı” termininin isə “moskvalı” kimi dəyişdirilməsi təklif olunur.

Petisiyanın müəllifi hesab edir ki, dövlətin adının rəsmi olaraq dəyişdirilməsi beynəlxalq səviyyədə güclü informasiya gedişidir.

Qeyd edək ki, cari ilin yanvar ayında Kiyev Şəhər Şurasında Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsi təklif edilib.