Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynalılar ən çox haralara sığınır?

İşğalçı savaşın didərgin saldığı ukraynalıların Avropa İttifaqı məkanında ən çox haralarda sığınacaq aldığı açıqlanıb. Avropa Statistika Bürosu (Eurostat) bildirir ki, Rusiyanın total təcavüzünün başlandığı gündən – 2022-ci il fevralın 24-dən bəri Polşa 1,3 milyon ukraynalıya sığınacaq verib.

Almaniyaya 967 min 546, İtaliyaya 142 min 330, İspaniyaya 131 min 705, Bolqarıstana 125 min 275, Slovakiyaya 82 min 995, Avstriyaya 73 min 785, Fransaya 69 min 190 ukraynalının pənah apardığı vurğulanır.

2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib.

2022-ci il iyunun 23-də Ukrayna Avropa İttifaqına namizəd ölkə statusu alıb.

Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqı 27 ölkəni birləşdirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.