Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynalı deputat Viktor Medvedçuk saxlanılıb - O, həm də Putinin qohumudur

Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk saxlanılıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar sonra", - Prezident Instagram hesabında yazıb.

Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.