Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
30 Oktyabr 2025
Ukraynanın Sumı vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" sosial media hesabında paylaşım edib.
"Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir vurğulayıb.
Qeyd edək ki, sonuncu dəfə 30 uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilib.