Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada yeddinci rusiyalı general öldürüldü - FOTO

Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç Ukraynanın cənubunda komanda məntəqəsinə endirilən zərbə nəticəsində yüksək rütbəli rusiyalı generalın öldürüldüyünü açıqlayıb. Bu barədə Mignews.ua yazır.

Daha sonra deputat Yuri Mısyagin də generalın ölümü haqqında xəbər verib. Onun sözlərinə görə, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev Çernobaevkada ölüb.

Vikipediyada artıq generalın ölümü ilə bağlı məlumat var.

Qeyd edək ki, Ukraynaya hücum başlayandan bəri rus qoşunları artıq yeddinci yüksək rütbəli generalını itirib.