Ukraynada SOCAR yanacaqdoldurma məntəqələri boykot edilir?
22 Avqust 2024
Sosial şəbəkələrdə ukraynalı istifadəçilərin Azərbaycanın SOCAR dövlət şirkətinin yanacaqdoldurma məntəqələrini boykot çağırışları artır. Buna səbəb avqustun 19-da SOCAR-ın Rusiyanın "Qazprom" şirkətilə tərəfdaşlığının genişləndirilməsi barədə razılaşmadır.
Ukrayna cəmiyyətinin bir hissəsi hesab edir ki, Azərbaycan Rusiyadan neft-qaz alır və onu Ukraynaya satır. Qeyd edək ki, Ukraynada SOCAR-ın 57 anacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.