Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada ölən jurnalistlərin sayı açıqlandı

Ukraynada müharibə dövründə üçü qadın olmaqla 18 jurnalist ölüb.

Ukrayna KİV-i xəbər verir ki, bunu ölkənin Baş Prokurorluğu açıqlayıb.

Məlumatda deyilir ki, hərbi əməliyyatlar başlayandan indiyədək 3 jurnalist itkin düşüb, 8-i oğurlanıb, 13 nəfəri yaralanıb, 15 nəfəri isə təzyiqlərə məruz qalıb.

Bununla yanaşı, 7 atəş nəticəsində televiziya qüllələri dağıdılıb və ya zədələnib, habelə media qurumlarına qarşı 22 dəfə kiberhücum həyata keçirilib.